Ermənistanda vəziyyət kəskin pisləşdiyindən Gürcüstan həkim briqadası göndərir

 


Ermənistanda koronavirusla bağlı vəziyyət kəskin pisləşdi. Gürcüstan Ermənistana bu məsələdə yardım etmək üçün həkim briqadası göndərmək qərarı verdi.

Şəffaflıq.az xəbər verir ki, son günlərdə Ermənistanda koronavirusa yoluxma  və ölüm faktlaırnın sayı sürətlə artmaqdadır. Təkcə son sutkada Ermənistanda  556 nəfər virusa yoluxub, 18 nəfər isə ölüb.

Ermənistan koronavirusla bağlı təkbaşına bacara bilmədiyindən ilk olaraq qonşu Gürcüstana müraciət edərək onlara  koronaviruslu xəstələri müalicə etmək üçün həkim briqadasının göndərilməsini xahiş edib. Gürcüstan tərəfi də bu məsələdə onlara dəstək vermək barədə qərar verib.

Gürcüstanın Ermənistana həkim briqadasını göndərəciyi barədə məlumatı Baş nazir Georqiy Qaxariya hökumətin iclasında bəyan edib. 

Onun sözlərinə görə, heç bir ölkə təkbaşına  koronavirusla mübarizə apara bilməz. “Ona görə də Gürcüstan Ermənistana  Ermənistana həkim briqadası göndərməyi müzakirə edir. Bu barədə Səhiyyə nazirliyinə müvafiq tapşırıq verilib. Biz gərək onlara laızmı dəstəyi verək. Çünki son günlərdə qonşu ölkədə vəziyyət kəskin pisləşib. Şəxsən mən hər gün  Ermənistanın baş naziri və Səhiyyə naziri, iqtisadiyyat və Xarici işlər naziri ilə əlaqə saxlayıram. Biz artıq Ermənistana hansı formada edəcəyimz yardımı müəyyən etmişik. İlk olaraq Ermənistana həkim briqadası göndəriləcək”- Gürcüstan Baş naziri bildirib.

Qeyd edək ki, son bir sutkada Ermənistanda koronavirusa yoluxanları sayı 556 nəfər artaraq ümumilikdə 14 669 nəfərə çatıb. 18 nəfər isə ölüb.  Bununla da ölənlərin sayı 245-ə çatıb. Epidemiyaya yoluxanlaırn ancaq  5466 nəfəri sağalıb. 9 minə yaxın insan isə müalicə alır. İndiyədək isə  75 389 test həyata keçirilib. Onu qeyd etmək yerinə düşər ki, Azərbaycanda isə 350 mindən artıq insan testdən keçib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}