Dünyada koronavirusdan ölənlərin sayı 277 mini keçib

 

Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 4 043 068-dir.

Bu barədə Şəffaflıq.az xarici mətbuata istinadən xəbər verir.

Bildirilir ki, dünyada COVID-19-dan ümumilikdə 277 mindən çox insan ölüb, virusa yoluxmuş 1 milyon 400 min insan isə sağalıb.

ABŞ dünyada koronavirusa ən çox yoluxma hallarının sayı üzrə birinci yerdədir. Birləşmiş Ştatlarda COVID-19-a 1 324 362 nəfər yoluxub.

Siyahıda ikinci yerdə İspaniya qərarlaşıb. Bu ölkədə 262 783 nəfərə koronavirusa yoluxma diaqnozu qoyulub. 


İtaliyada da virusa yoluxma yüksəkdir. Bu ölkədə 217 185 nəfər COVID-19 daşıyıcısı kimi qeydə alınıb. 

Siyahıda dördüncü yerdə 211 364 yoluxma ilə Böyük Britaniya, beşinci yerdə 198 676 virus daşıyıcısı ilə Rusiya qərarlaşıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}