Dünyada koronavirusdan ölənlərin sayı 200 mini ötdü

 

Dünyada koronavirusa yoluxma hallarının sayı 2 884 649-a çatıb. Şəffaflıq.az xəbər verir ki, dünyada 200 824 insan COVID-19 pandemiyasının qurbanı olub. Qeyd edilir ki, virusa yoluxan 823 461 nəfər müalicə alaraq sağalıb.

Qeyd olunub ki, son sutkada yoluxma və ölüm hallarının sayına görə ABŞ yenə birincidir. Belə ki, ötən sutka ABŞ-da 36 118 yeni yoluxma, 1 995 ölüm halı qeydə alınıb. İndiyədək ABŞ-da koronavirusdan 53391 nəfər ölüb.

Ümumilikdə yoluxma hallarının sayına görə ABŞ (941 478), İspaniya (223 759) və İtaliyada (195 351) qeydə alınıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}