Qəbələdə ağır qəza: Xəsarət alan var

 Qəbələdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sheffaflıq-ın məlumatına görə, rayon ərazisində 1997-ci il təvəllüdlü Həsrətov Emil Teymur oğlunun idarə etdiyi avtomobil hərəkətdə olarkən qarşıdan gələn avtomobillə toqquşub.
Qəza zamanı E.Həsrətov ağır bədən xəsarətləri alıb. O, əvvəlcə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol qasıq oturaq sümüklərinin və sağ bud sümüyünün yer dəyişən sınığı diaqnozları qoyulub və reanimasiyaya yerləşdirilib.
Lakin E.Həsrətovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Sheffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}