Karantin tədbirləri görməyən Belarusda yoluxma sayı kəskin artdı

 

Belarusda sutka ərzində 817 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə infeksiyaya yoluxanların ümumi sayı 9590 nəfərə çatıb.

Şəffaflıq.az yerli KİV-ə istinadən bildirir ki, virusdan ölənlərin sayı 67 nəfərdir.

Qeyd edək ki, ölkədə son sutkada koronavirusa yoluxmada ən yüksək göstərici qeydə alınıb. Ötən gün bu rəqəm 751 olub. İnfeksiyadan sağalanların sayı isə 1573-dür.

Bundan əvvəl ölkə Prezidenti Aleksandr Lukaşenko Qərbi Avropanın pandemiya ilə mübarizədəki təcrübəsini tənqid etmişdi. Onun sözlərinə görə, karantin immuniteti zəiflədir və zehni sağlamlığı pozur, bundan sonra insanlar koronavirusa daha da həssas olurlar.

Bu gün isə məlumat yayılıb ki, A. Lukaşenko ümummilli iməcilik çərçivəsində Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın ildönümü ilə əlaqədar ziyan dəyən torpaqlarda şam ağacları əkib.

Onun Ukrayna ilə həmsərhəd Qomel vilayətindəki Lyaskoviçi qəsəbəsində ağac əkmə kampaniyasında iştirak etdiyi bildirilir.

Xatırladaq ki, Çernobıl atom elektrik stansiyasında qəza 1986-cı il aprelin 26-da baş verib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}