Bu gün Beynəlxalq Müəllimlər Günüdür
5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Şəffaflıq.az xəbər verir ki, bu gün Azərbaycanda da müəllimlərin peşə bayramı qeyd olunur. Belə ki, 1966-cı il oktyabrın 5-də UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunmasında məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət yetirməkdir. Qeyd edək ki, "Müəllimlər günü" hazırda 100-dən çox ölkədə ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir. Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur.
Facebook-da paylaş








