Sumqayıtda avtomobilin vurduğu piyada ölüb


Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Süleymanov Samir Süleyman oğlunu avtomobil vurub.

Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}