UKMTO: Hörmüz boğazından keçən tanker mərmi ilə vurulub


Hörmüz boğazından keçən tanker naməlum mərmi ilə vurulub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) sosial şəbəkələrdəki məlumatında bildirilib.

"UKMTO Hörmüz boğazındakı insidentlə bağlı gecikmiş məlumat alıb. Mənbə bildirib ki, tankerə naməlum mərmi dəyib. Səlahiyyətli orqanlar araşdırma aparır. Gəmilərə Hörmüz boğazından keçərkən ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur", - məlumatda qeyd olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}