Nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı şərtlər açıqlanıb


Nəqliyyat dəhlizlərinin inkişafı üçün biznesə proqnozlaşdırıla bilən şərait təmin edilməlidir.

Şəffaflıq.az xəbər verir ki, bunu "Chemonics International"ın nümayəndəlik və layihə rəhbəri, Daşkənd Mərkəzi Asiya İnkişaf İnstitutunun həmtəsisçisi və ölkə üzrə direktoru, CAMCA şəbəkəsinin üzvü Fərrux İrnazarov Bakıda keçirilən "CAMCA 2026" Regional Forumunda deyib.

Onun sözlərinə görə, infrastruktura qoyulan investisiyaların əhəmiyyətli həcminə baxmayaraq, nəqliyyat dəhlizlərinin uğurlu inkişafı üçün müştərilərin cəlb edilməsi və biznes üçün əlverişli şəraitin yaradılması ilə bağlı bir sıra məsələlərin həlli zəruridir.

F.İrnazarov, həmçinin proseslərin rəqəmsallaşdırılmasının vacibliyini qeyd edib: "Nəqliyyat marşrutlarının səmərəliliyi həm də dövlət və tənzimləyici orqanların qarşılıqlı fəaliyyətindən asılıdır. Hətta ayrı-ayrı qurumlar yüksək səmərəlilik nümayiş etdirsələr belə, onlar arasında koordinasiyanın olmaması ümumi nəticəni əhəmiyyətli dərəcədə azalda bilər. Buna görə də onların işinin uzlaşdırılmasını təmin etmək lazımdır".

O əlavə edib ki, rəqəmsal alətlər prosesi hər mərhələdə izləməyə, problemli nöqtələri aşkar etməyə və şəffaflığı artırmağa kömək edə bilər: "Nəqliyyat dəhlizi yeganə variant olmamalıdır. Regionlar üçün mümkün qədər çox imkanların və alternativ marşrutların olması çox vacibdir".

F.İrnazarovun fikrincə, nəqliyyat infrastrukturunun gələcək inkişafı səmərəliliyin artırılması, biznes üçün maneələrin azaldılması və müvafiq qurumlar arasında daha sıx koordinasiya ilə müşayiət olunmalıdır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}