Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallığın cənubundakı Xamis-Muşayt şəhərinə doğru atılmış üç ballistik raketi zərərsizləşdirib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi məlumat yayıb. "Koalisiya husilər tərəfindən Xamis-Muşayt istiqamətində atılmış üç ballistik raketi zərərsizləşdirib", - məlumatda qeyd olunub. Yaralılar və ya dağıntılar barədə məlumat verilməyib.
Xəbəri paylaş
Facebook-da paylaş








