Övladının ağrısını görüb, ona kömək edə bilməyən ananın fəryadı...

Redaksiyamıza Yevlax şəhər 31-ci məhəllə bina 10, ev 43-də yaşayan Pəri Yusifova tərəfindən müraciət daxil olmuşdur. Həmin müraciəti olduğu kimi oxuculara təqdim edirik və ananın fəryadına qoşularaq Azərbaycan Xalqından onlara köməklik olunmasını xahiş edirik. 


Bu məktubu sizə bir ana ürəyinin ağrısı ilə yazıram. Ümid edirəm ki, səsim sizə çatacaq və biganə qalmayacaqsınız.

e-mailinizi internetdən götürmüşəm.

Mən Yusifova Pəri Natiq qızı, bildirirəm ki, oğlum Yusifli Camal Yasin oğlu ağır serebral iflic xəstəsidir. Balama  həkimlər 1-ci qrup serebral iflic diaqnozu qoyublar. Balam bütün gününü xəstəxana otaqlarında, müalicə masalarında keçirir. Digər uşaqlar qaçıb oynayarkən, mənim balam ağrı ilə mübarizə aparır. Yalvarıram sizə, bir ana kimi xahiş edirəm mənimlə əlaqə saxlayın və saytınızda paylaşın balama dəstək olsunlar. 

Balamın yaşaması və bir az da olsa normal həyata yaxınlaşması üçün davamlı müalicələr, masajlar, reabilitasiya və botoks iynələri vacibdir. Təəssüf ki, bu müalicələrin xərci bizim imkanlarımızı çoxdan aşıb. Maddi vəziyyətimiz artıq buna tab gətirmir.

Bir ana kimi mənə ən ağır olanı isə övladının ağrısını görüb, ona kömək edə bilməməkdir. Gecələr balamın üzünə baxıb öz-özümə “sabah müalicəni necə etdirəcəyəm?” sualını vermək məni içimdən parçalayır. Bədəninin tonuslarına gore botoks iynəsi vurulmalıdır. Bu, davamlı vurulan iynədir və bir kapsulasının qiyməti 1200 manatdır. İynələrdən sonra masaj və idmanlara başlamalıdır. Dövlət Orqanlarına dəfələrlə muraciət etmişəm, iynənin qarsılanmağı ilə bağlə. Amma köməklik göstərilmir. Dövlət xəstəxanasında müalicə olmur, həmin iynə özəl Klinikada vurulur. İmkanımız olmadığından elətdirə bilmirik. Uşağın bədəni, qolu qıçı yığılıb sudurğaları artır mualicələri geriliyəndə uşagın vəziyyəti də pisləşir. Onun nə qədər ömrü varsa, mualicələr də olmalıdır. Balamı bu həyata iynə dərmanlarla bağlayırıq xahiş edirəm bu çətin günümüzdə balama dəstək olun. 

Hörmətli "Şəffaflıq" mediasının rəhbərliyi, bu səbəbdən sizə üz tuturam. Sizdən yalvarışla xahiş edirəm balama gücünüz və imkanınız çatanda dəstək olasınız. Nə köməklik göstərsəniz bir ümid olar, balam üçün bizə zəng edib hər şeyi canlı görə bilərsiniz. Buna dair bütün tibbi sənədləri Sizə göndərirəm hamsına baxa bilərsiniz. 


4169 7388 5291 6208 kapital bank

Köməklik etməzdən əvəl, zəng edib usağı görə bilərsiniz. 

Əgər bir insanın, bir balanın taleyinə toxuna biləcəksinizsə, inanıram ki, siz bunu edəcəksiniz.

Əlaqə nömrəm: 055 661 37 81

Hörmətlə və ümidlə,Yusifova Pəri.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}