MSK Fərəc Quliyevə xəbərdarlıq edib

 Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən icasında 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Mehman Hüseynov, Etibar Əliyev və Orxan Kəngərlinin həmin dairədən qeydə alınmış digər namizəd Fərəc Quliyev ilə bağlı şikayətinə baxılıb.
Şəffaflıq.az  xəbər verir ki, şikayətdə, F.Quliyev öz namizədliyini geri çəkmək üçün M.Hüseynova 15 min manat pul təklif edib. F.Quiyev isə bu iddianın əsassız olduğunu bəyan edib.
MSK-nın məsələ ilə bağlı qərarından şikayət qismən təmin olunub və F.Quliyevə xəbərdarlıq edilməsi təklif olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}