85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Kamil Eyyubov təbliğat-təşviqat kampaniyasını dayandırıb.

85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Kamil Eyyubov təbliğat-təşviqat kampaniyasını dayandırıb.
Şəffaflıq.az xəbər verir ki 85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Kamil Eyyubov sosial şəbəkədə "Facebook" səhifəsində bu barədə seçicilərinə müraciətində bildirib.
Kamil Eyyubovun müraciətini olduğu kimi dərc edirik.
Əziz Şamaxılılar, mənim dəyərlilərim!
Qeyd etmək istəyirəm ki, gənc yaşda seçki marafonuna qoşulmaqla özümü sınadım və sizin kimi bir ailə qazandım. Qısa zaman kəsiyində bu böyük sevgini qazanacağımı səmimi desəm, özüm belə təsəvvür etmirdim. Sevindirici hal odur ki, bir daha şahidi oldum ki, xalqımız səmimiyyəti görür, sevir və qiymətləndirir.
Bildiyiniz kimi mən gömrük orqanlarına xidmətə qəbulla bağlı imtahanlara hazırlaşan tələbələrə qanunvericilik üzrə dərsləri tədris edirəm. İndi deyəcəyim mövzunu bu günə qədər qətiyyən heç bir yerdə hallandırmamışam. Lakin, bu gün bildirməliyəm ki, bizim kurslarda yüzlərlə aztəminatlı ailələrin övladları təmənnasız hazırlaşıb və hazırlaşır. Mən düşünürdüm ki, deputatlığa namizədliyimi irəli sürdüyüm dövrdə, həmçinin deputat seçiləcəyim təqdirdə qanunvericiliyin də imkan verdiyi kimi elmi-pedoqoji fəaliyyətimi davam etdirib, Azərbaycan xalqına və dövlətə layiqli gömrük əməkdaşlarına dərsləri tədris etməyim fiziki cəhətdən mümkün olacaq, lakin, keçən dövr ərzində mən dəfələrlə şahidi oldum ki,tələbələr məni əvəz etməyə çalışan müəllimlərdən lazımi qaydada elmi biliklərə yiyələnməkdə çətinlik çəkirlər. Bu səbəbdən elmi fəaliyyətimin xalqımıza və dövlətimizə faydasını nəzərə alıb 9 Fevral 2020-ci il Parlament Seçkilərinə deputatlığa namizədliyimi geri götürməyin daha məqsədəuyğun olduğu qənaətinə gəldim.
Biz mütəmadi olaraq sizlərlə görüşəcəyik, bundan sonrakı həyatımda ən böyük qayəm bu sevgini qorumaq olacaq.
Üzərimdə olan haqqınız ödənilməzdir. Əmin olun ki, haqqınızın ödənilməz olduğu barədəki fikrim görüşlərdə dinlədiyiniz bütün ifadələrim kimi səmimidir. Mənə dəstəyinizi, əziyyətinizi, haqqınızı halal edin. ALLAH hər birinizdən razı olsun.
Bundan sonra da Şamaxıya və şamaxılılara fayda vermək istiqamətində əlimdən gələni əsirgəməyəcəm.

P.S. Kamil Eyyubovun namizədliyini geri götürməsini Şamaxıdan olan seçiciləri böyük təssüf hissi ilə qarşılayıblar.   Bizdə Kamil Eyyubova gələcək işlərində uğurlar arzulayırıq.
Şəffaflıq.az  

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}