İranın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılacaq

 İranın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılacaq.
Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, başsağlığı kitabı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin komandanı, general Qasım Süleymaninin xatirəsi üçün açılacaq.
 
Başsağlığı kitabı İranın Azərbaycandakı səfirliyində yanvarın 8-də saat 10:00-13:00 və 15:00-17:00-dək açıq olacaq.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ-ın hava hücumu nəticəsində Qasım Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}