H.Deqan: "ABŞ-ın bizə dəyən zərbəyə bərabər zərbə alması ola bilər”

 İran general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın hərbi obyektlərinə zərbə endirməyə hazırlaşır.
Şəffaflıq.az xəbər verir ki, bu barədə İranın Ali dini lideri Əli Xameneinin məsləhətçisi Hüseyn Deqan deyib.
“Müharibəni Amerika başladı. Ona görə də, onlar hərəkətlərinin məqsədəuyğun nəticəsinə hazır olmalıdırlar. Bu müharibə dövrünə son qoymağın yeganə yolu ABŞ-ın bizə dəyən zərbəyə bərabər zərbə alması ola bilər”, - deyə H.Deqan bildirib.
Diplomat qeyd edib ki, İranın cavabları şübhəsiz ki, hərbi olacaq və birbaşa ABŞ-ın hərbi obyektlərinə yönələcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}