Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib?

Dünəndən Bakı Dövlət Universitetində təhsil alan tələbə qızların zəhərlənməsi və onlardan birinin ölməsi barədə yayılan xəbərlərdə çoxlarının diqqətini çəkməyən bir məqam var. 
Verilən rəsmi xəbərlərdə zəhərlənən qızların ağzından qan gəldiyi bildirilib. Zəhərlənən insanın ağzından dərhal qan gəlmir. Bəs niyə bu məsələdə həmin məqama diqqət yetirilməyib? 
Şəffaflıq.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Baş toksikoloqu Azər Maksudov Bizimyol.info-ya bildirib ki, zəhərlənmə hallarında ağızdan o zaman qan gələ bilər ki, daxilə kimyəvi maddə qəbul edilsin: 
“O tələbələr məgər sirkə içiblər? Yox, kimdir bu məlumatı bu şəkildə yayan? Yanlış məlumat verilir. Zəhərlənmə halında ağızdan qan gəlmir. Ya hər hansı travma alıblar, ya da kimyəvi maddə qəbul ediblərsə, bu baş verə bilərdi. Botulizm deyil. Bu olsa belə, o da dərhal qanaxmaya səbəb olmur. Qazdan, tüstüdən və s. boğulmadan ölüm hallarında da qanamaya rast gəlinmir. Məncə, ətraflı araşdırma aparılmalıdır”.
Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Nəticədə 3 tələbə zəhərlənib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.Moderator.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}