BDU-nin yataqxanasında faciə - 1 tələbə öldü, 2-si zəhərləndi

 Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə baş verib.
Səhiyyə Nazirliyindən Şəffaflıq.aza bildirilib ki, hadisəsi barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35-də daxil olub:
"Həkimlər Mətbuat küçüəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölmüş, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar".
Hazırda 20-22 yaş arası olan qızların vəziyyətinin kritik olduğu qeyd edilir. Müalicələri davam edir. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}