Xankəndi-Bakı ultra marafonunda Şamaxı şəhər 10 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Şıxıyev Toğrul Vaqif oğlu da iştirak edir.


Fevralın 29-da start götürən Xankəndi-Bakı ultra marafonunda Şamaxı şəhər 10 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Şıxıyev Toğrul Vaqif oğlu da iştirak edir.
Şəffaflıq.az xəbər verir ki, Marafonda müxtəlif ölkələrdən cəmi 64 idmançı iştirak edir. Ümumilikdə 380 km məsafəni əhatə edən ultra marafonun iştirakçıları Xankəndi-Yevlax (83 km), Yevlax-Ucar (84 km), Ucar-Hacıqabul (88 km), Hacıqabul-Qobustan (70 km) və Qobustan-Bakı (55 km) mərhələlərini keçməklə martın 4-də Bakıya çatacaqlar.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkil etdiyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir.
"Şəffaflıq" media qrupu başda Toğrul müəllim olmaqla bütün marafonda iştirak edənləri təbrik edir, ona bu şərəfli idman yarışında uğurlar arzulyırıq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}