"Report" İA "NETTY 2023" Milli internet-mükafatının qalibi olub


“NETTY 2023” Milli internet-mükafatları qaliblərə təqdim edilib.

“Report” xəbər verir ki, İnformasiya və Xəbərlər nominasiyası üzrə "Baku TV-Ru", “Report.az” qalib seçiliblər.

Belə ki, "Baku TV-Ru" ən yaxşı sosial media, "Report.az" isə ən yaxşı sayt seçilib.

Mükafatlandırma mərasimində “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev bildirib: "Biz "NETTY" mükafatına layiq görüldüyümüz üçün fəxr edirik. Bundan sonra da çalışacağıq ki, oxucularımızı operativ, ən əsası dürüst xəbərlərlə təmin edək".

Qeyd edək ki, oktyabrın 9-da Azərbaycanın NETTY-2023 Milli İnternet Mükafatı başlayıb.

2004-cü ildə yaradılan NETTY hər il Azərbaycanın ən yaxşı internet saytlarını, tətbiqlərini, sosial resurslarını müəyyənləşdirərək mükafatlandırır və bu il 18-ci dəfə keçirilir.

Şəffaflıq.az  


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}