Anar Bağırov: “Dövlət hesabına çıxdıqları işdə keyfiyyətsiz hüquqi yardıma görə onlarla vəkil Kollegiyadan xaric olunub”


Dövlət hesabına hüquqi yardım üzrə vəkillər çıxdıqları işlərdə keyfiyyətsiz hüquqi yardıma görə cəzalandırılır.

Bunu “Report”a müsahibəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov cəmiyyətdə dövlət hesabına təyin edilmiş bəzi vəkillərə inam az olması iddialarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bütün məlum olan müraciətlərlə, hallarla bağlı intizam icraatı başladılır:

“Təəssüf ki, belə hallar çoxdur və tamamilə razıyam. Vəkilləri dövlət hesabına hüquqi yardım üzrə çıxdıqları işlərdə keyfiyyətsiz hüquqi yardıma görə cəzalandırırıq. Onlarla vəkil Kollegiyadan xaric olunub, onların fəaliyyəti dayandırılıb və başqa intizam tənbehləri görülür”.

A.Bağırov qeyd edib ki, hazırda Kollegiyada könüllülük əsasında dövlət hesabına hüquqi yardımı göstərən vəkillər reyestrdə qeyd olunur, buna görə heç kim məcbur edilmir.

“Ancaq elə vəkillərimiz də var ki, dövlət hesabına hüquqi yardım göstərirlər və axıra kimi mübarizə aparırlar. Onlar prinsipial, hətta müqavilə bağlayan vəkildən daha çox mübarizə aparırlar. Mən hakimlərlə də danışıram, onlar da deyirlər ki, indiki dövlət hesabına hüquqi yardım göstərən vəkilləri əvvəlki dövlət hesabına hüquqi yardım göstərən vəkillərlə müqayisə etmək mümkün deyil”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}