"Vətən müharibəsi qazilərinə və şəhid ailələrinə pulsuz hüquqi yardım göstərmişik".


"Vətən müharibəsi qazilərinə və şəhid ailələrinə pulsuz hüquqi yardım göstərmişik".

Şəffaflıq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə keçirilən vəkillərin andiçmə mərasimində deyib.

"Biz çətin yollardan keçmişik, stesslər çəkmişik. 44 günlük müharibə və lokal xarakterli antiterror tədbirləri nəticəsində torpaqlarımız işğaldan azad olunub. Rəşadətli ordumuz dövlət başçısının çağrışına müsbət cavab verdi. Ordumuzda fərarilik müşahidə olunmadı. 44 günlük müharibədə qələmi ilə mübarizə aparan vəkillərimiz var. Bu müharibə dövründə öz imkanlarımızdan istifadə edərək hesabatlar hazırlamışdıq. Bu hesabatlar beynəlxalq səviyyədə qaldırılıb. Əminəm ki, bu hesabatlar ölkəmizin haqlı mövqeyini müdafiə etmək üçün öz işini görüb. Biz Vətən müharibəsində iştirak etmiş qazi və şəhid ailələrinə pulsuz hüquqi yardım göstərmişik. Bu hüquqi yardımlar indi də davam edir. Vəkillər Kollegiyasında 9 Vətən müharibəsi iştirakçısı var", - o bildirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}