Yuxarı Gövhər ağa məscidinə imam təyin olunub - FOTO


Şuşada bərpa və təmir olunmuş Yuxarı Gövhər ağa məscidinə (Şuşa cümə məscidi) imam təyin olunub.

Məscidin imamı Mirabdulla Həsənli “Report”a açıqlamasında bildirib ki, bu ayın ortalarında fəaliyyətə başlayacaq.

O, əvvəllər Şuşa rayonunun imamı olub.

Qeyd edək ki, Yuxarı Gövhər ağa məscidi Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}