DİN-dən əməliyyat: 25 həbs
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlayıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Facebook-da paylaş
