“Twitter” səhifəsinin rəsmi adı dəyişdirildi - VİDEO


“Twitter” şirkətinin eyniadlı sosial şəbəkədəki rəsmi hesabının adı “X” olaraq dəyişdirilib. Hesabın avatarı da mavi quş yox, qara fonda ağ “X”dir.

Məlumata görə, “Twitter”in sahibi İlon Mask öz səhifəsində yeni loqonun şirkətin baş ofisinin fasadına proyeksiyasının fotosunu yerləşdirib.

Qeyd edək ki, Mask daha əvvəl x.com domeninin istifadəçilərini avtomatik olaraq “Twitter”ə yönləndirəcəyini bildirmişdi. İyunun 1-də sahibkar “Twitter”in adını dəyişib “X” qoymaq planlarından danışmış, 22-də isə şirkətin loqosunda quş əvəzinə “x” hərfinin olacağını bəyan etmişdi.

Mənbə: TASS

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}