Bakıda neft kəmərlərinin yaxınlığında yanğın olub - FOTO


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Pəhləvan Fərzəliyev küçəsində neft kəmərlərinin ətrafındakı quru ot və kol-kosdan ibarət sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdan keçən neft kəmərlərinə və elektrik naqillərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yol kənarında 250 kvadratmetr sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdan keçən neft kəmərləri və elektrik xətləri yanğından mühafizə olunub.






Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}