Əsgər yola salanların qeyri-adi sevincləri qursaqlarında qaldı: 15 sutka həbs - VİDEO


Ötən gün səhər saat 9 radələrində əsgər yola salma mərasimində avtoxul­iqanlıq hərəkətləri edərək görüntüləri sosial mediada paylaşan Astara rayon sakinləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıbla­r.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hadisə Bakı-Astara şosesində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəll­üdlü Vüsal İxtiyar oğlu Məhərrəmov, 1996­-cı il təvəllüdlü Eltun Firdovsi oğlu Mə­mmədov, 2000-ci il təvəllüdlü Ra­qib Şadulla oğlu İdrisov, 1996-cı il təvəllüdlü Namiq Sərdar oğlu Qasımov və 2000-ci il təvəllüdlü İsaq Söhrab oğlu Zayidov VAZ 2107 markalı, 10-UP-384, 07-BJ-701 dövlət qeydiyyat nişanlı, VAZ 2106 markalı 07-BG-671, 66-BA-912 dövlət qeydiyyat nişanlı və VAZ 21015 markalı, 07-BC-715 dövlət qeydiyyat nişanlı avtomobillərlə magistral yol­da təhlükəli manevrlərlə həm özlərinin, həm də digər yol-hərək­ət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atıblar.

Hadisədən sonra həmin şəxslər Baş DYP İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar. Onların hər biri bir il müddətinə sü­rücülük hüququndan məhrum edilməklə yana­şı 15 sutka həbs cəz­ası alıblar.


Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}