Şamaxıda “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda toplantı və bədii hissə keçirilib

22 iyun 2023-cü il tarixdə “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Şamaxı rayon təşkilatı “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirilib.

Şəffaflıq.az xəbər verir ki,əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə cıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Azərbaycan–Fransız Universitetinin icraçı direktoru, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Vazeh Əskərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Tahir Məmmədov, Şamaxı Dövlət Regional Kollecin müdiri İlham Vəliyev, Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov bildirdilər ki, Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi, eləcə də müstəqil dövlətimizin inkişafı məhz Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm layihələr həyata keçirilməsi ölkənin inkişafına müsbət töhfələr verib.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən fəallardan bir qrupuna Fəxri Fərmanlar, Təşəkkürnamələr və YAP sıralarına yeni qoşulmuş şəhid valideyinlərinə partiyanın üzvlük vəsiqələri və hədiyyələr təqdim olunub.

Tədbirin ikinci hissəsi Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin hazırladığı musiqili proqram ilə davam etdirilib.

Vahid İsmayılov.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}