Bakı-Ağstafa qatarının hərəkət qrafiki dəyişdirilir


İyulun 3-dən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı yeni qrafiklə hərəkət edəcək.

Bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.

Məlumata görə, hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar, saat 13:42-də Ağstafa Dəmiryol Vağzalına, saat 18:15-də Ağstafa Dəmiryol Vağzalından yola düşən qatar, saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Qeyd edək ki, hazırda Bakıdan Ağstafaya elektrik qatarı hər gün 08:45-də Bakı Dəmiryol Vağzalından yola düşür və 13:40-da çatır. 

Əks istiqamətdə isə 17:10-da Ağstafa Dəmiryol Vağzalından hərəkətə başlayan qatar 22:05-də Bakıya çatır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}