Bədən tərbiyəsi və idman istiqaməti üzrə ixtisasların qabiliyyət imtahanları keçiriləcək - CƏDVƏL


19 iyun 2023-cü il tarixindən etibarən aşağıda cədvəldə verilmiş tarixlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən qabiliyyət tələb edən Bədən tərbiyəsi və idman istiqaməti üzrə ixtisasların qabiliyyət imtahanları keçiriləcək.

Bu barədə DİM-dən bildirilib.

Abituriyentlər Bakı üzrə 14 iyun, regionlar üzrə isə 16 iyun 2023-cü il tarixindən cədvəldə verilmiş imtahan tarixlərinə uyğun “İmtahana buraxılış vərəqələri”ni çap edə bilərlər. Cədvələ daxil edilməyən digər imtahanlar haqqında məlumatlar mütəmadi olaraq DİM-in saytında veriləcək.

İmtahanlar Bakı, Tovuz, İsmayıllı, Şərur və Naxçıvan şəhərlərində təşkil olunacaq.

Abituriyentlər buraxılış vərəqəsində göstərilən tarixdə ünvanı qeyd olunmuş imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent imtahana buraxılış vərəqəsi, şəxsiyyətini təsdiq edən sənədi və sağlamlıq haqqında – 086U formalı tibbi arayış (peşəyə yararlılıq haqqında həkim rəyi hissəsində “yararlıdır və ya sağlamdır” olmalıdır) təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim edirlər. Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmır.

İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır.



Abituriyent imtahana idman geyimi də gətirməlidir.

Qeyd: Bakı üzrə 6401, 152 kodlu komissiyaların və ixtisas imtahanlarının 17 iyul tarixindən sonra keçirilməsi nəzərdə tutulub.

Bədən tərbiyəsi və idman istiqaməti üzrə imtahanların keçirilmə tarixi və məkanı:


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}