Qonşusunun avtomobilini qaçıraraq qəza törətdi, xəsarət aldı


Gəncə şəhərində yeniyetmə qonşusuna məxsus avtomobili qaçıraraq yol-nəqliyyat hadisəsi törədib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, şəhər sakini 2009-cu il təvəllüdlü F.Məmmədov qonşusunun evinin qarşısında saxladığı VAZ-2107 markalı avtomobili qaçırıb.

O, avtomobili bir müddət idarə edib, sonra idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, daha sonra fərdi yaşayış evinin hasarına və darvazasına çırpılıb.

Nəticədə F.Məmmədov üz, dodaq və hər iki diz nahiyəsinin əziyi xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Samir İsayev

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}