Ölkənin su hövzələrindən 535 ədəd sintetik tor yığışdırılıb - FOTO


“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində bu günədək ölkənin su hövzələrindən 26 960 metr uzunluğunda 535 ədəd sintetik tor yığışdırılıb.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat yayıb.

O bildirib ki, su hövzələrinin təmizliyi və balıq populyasiyasına təsirlərin aradan qaldırılmasına yönələn aksiyalar davam etdirilir.

 “Xidmətin əməkdaşları tərəfindən Xəzər dənizinin Bakı, Sumqayıt, Lənkəran şəhərləri, Astara, Siyəzən, Şabran, Xaçmaz, Neftçala rayonları akvatoriyasında, Mingəçevir, Yenikənd, Ağstafaçay, Şəmkir su anbarlarında, Kür, Araz çaylarında, həmçinin digər daxili su hövzələrində reydlər keçirilir, ərazilər nəzarətdə saxlanılır. Keçirilən reydlər və nəzarət tədbirləri ilə yanaşı 27 mart 2023-cü il tarixindən start verilən “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində vətəndaşların fəallığı da xüsusi qeyd olunmalıdır.

Aksiyada fəal iştirak edərək su hövzələrində rast gəldikləri sintetik torlar barədə Nazirliyin rəsmi sosial şəbəkə hesablarına dəqiq koordinatları göstərməklə məlumat verən və balıq ehtiyatlarının mühafizəsinə dəstək olan bütün təbiətsevər vətəndaşlarımıza təşəkkür edirik”.








Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}