Sumqayıtda ət və ət məhsullarının satışı mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 40-cı məhəllə, H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Elmir Mehman oğlu Zeynalova məxsus “Mədinəm” ət və ət məhsullarının satışı mağazasında plandankənar yoxlama aparılıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, satışda olan bəzi qida məhsullarının markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi, yararlılıq müddəti ötmüş məhsulların satışının həyata keçirildiyi aşkarlanıb.  Bundan başqa, monitorinq zamanı satışda olan ətlərdən götürülmüş məhsul nümunələrinin nəticələrinə əsasən, ətlərin istehlak üçün yararsız olduğu müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edilib, eyni zamanda markalanması qanunvericiliyin tələblərinə cavab verməyən məhsulların satışı dayandırılıb və istehlak üçün yararsız olan ətlərin məhv edilməsinə dair qərar qəbul olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.




Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}