Ermənistan xarici işlər naziri yaxın vaxtlarda Ceyhun Bayramovla görüş keçirəcəyini açıqladı


Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan yaxın vaxtlarda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirəcəyini açıqlayıb.

Ararat Mirzoyan bu barədə parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, danışıqların aparılması ilə bağlı tərəfdaşlardan, vasitəçilərdən, beynəlxalq aktorlardan çox sayda təkliflər daxil olur.

“Ermənistan tərəfi görüş və danışıqlar formatını davam etdirməyə hazırdır, prosesə heç vaxt ara verilməyib. Tərəflər birbaşa və üçüncü ölkələr vasitəsilə əlaqə saxlayırlar”, - deyə o bildirib.

Mənbə: “Sputnik” Ermənistan “Telegram”

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}