Nazirlik: “Füzuli və Ağdamda avtovağzalların qurulması işləri gedir”


“Füzuli və Ağdam ərazisində avtovağzalların qurulması işləri gedir”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Ağdam şəhərində keçirilən Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Əlyar Təmirov deyib.

O bildirib ki, 203 ədəd baza stansiyası quraşdırılıb. Ağdam rayonu üzrə 12 ədəd baza stansiya hazırda istifadəyə verilib. Qarabağ üzrə yeddi baza stansiyası ümumi enerjiyə qoşulub. Ərazidə enerji ilə problemlər qalmaqdadır. Füzulidə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) hazırlayacağı bina ilə bağlı layihələndirmə davam edir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}