ABŞ seysmoloqu: “Türkiyədə baş verən zəlzələlər Azərbaycana təsir etməyəcək”


“Türkiyədə baş verən zəlzələ və afterşoklar böyük ehtimalla Azərbaycana təsir etməyəcək”.

Bunu Kaliforniya Texnologiya İnstitutunun mühəndis seysmologiyası üzrə professoru Tomas Hiton deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda da eyni seysmik aktivliyin müşahidə olunması çox qeyri-adi olardı, çünki ölkə fevralın 6-da baş vermiş zəlzələnin episentrindən kifayət qədər uzaqda yerləşir.

Professor Türkiyədə baş verən son zəlzələnin əvvəlcədən proqnozlaşdırılmasının mümkün olmadığını bildirib: “Bu zəlzələni proqnozlaşdırmaq mümkün deyildi, hərçənd bilirəm ki, bəziləri zəlzələnin baş verəcəyini əvvəlcədən bildiklərini iddia edəcəklər.

Hitonun fikrincə, bu zəlzələlər Anadolu sınma sistemində, plitə çatının sərhədində baş verib: "Zəlzələlər klasterlər şəklində baş verir. Zəlzələlərin təxminən 5%-dən sonra daha böyük zəlzələlər olur".

T.Hiton bildirib ki, regionda böyük zəlzələnin baş verməsinə baxmayaraq, növbəti güclü zəlzələ ehtimalını da istisna etmək olmaz: "Təkrar təkanların tezliyi fərqli ola bilər, lakin onların orta tezliyi azalır. Belə ki, ikinci həftədə baş verən təkrar təkanların sayı adətən birinci həftə ilə müqayisədə 1/2 dəfə az olur. Yeraltı təkanlar illərlə davam edə bilər".

Seysmoloq  bu baxımdan kifayət qədər güclü yeraltı təkanlara tab gətirə bilən binaların tikintisi üsullarının öyrənilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ baş verib. Təbii fəlakət Türkiyənin 13,5 milyon insanın yaşadığı 10 vilayətini əhatə edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu vilayətlərdə fövqəladə vəziyyət elan edib və ölənlərin xatirəsinə ölkədə 7 günlük matəm elan olunub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}