ABŞ müttəfiqləri ilə Rusiyanın "G20"dən çıxarılması məsələsini araşdırır


 

ABŞ müttəfiqlərlə birlikdə Rusiyanın "G20"dən çıxarılmasının yollarının araşdırılmasına başlayıb.


Şəffaflıq.az xəbər verir ki, Ağ Evin saytı xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

"Rusiya artıq bun beynəlxalq qurumlarda və beynəlxalq ictimaiyyətdə həmişəki kimi iş apara bilməz", - deyə Sullivan qeyd edib.

“Konkret qurumlar və konkret həll yolları ilə bağlı hər hansı əlavə bəyanatlar verməzdən əvvəl müttəfiqlərimizlə, bu qurumlardakı tərəfdaşlarımızla məsləhətləşmək və bigə qərar vermək istədik”, – deyə Amerika nümayəndəsi əlavə edib.

Bundan əvvəl Rusiya Avropa Şurasından çıxıb. Rusiya Xarici İşlər Nazirliyi bildirib: "Qərar Aİ və NATO-nun Avropa Şurası Nazirlər Komitəsində öz nümayəndələrinin əksəriyyətindən sui-istifadə etməsi və “təşkilatın və Avropada ümumi humanitar hüquqi məkanın məhv edilməsi” xəttinə riayət etməsi ilə bağlıdır".

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücun etməsindən sonra ABŞ və NATO ilə birlikdə dünyanın əksər dövlətləri Kremilə sanksiyalar tətbiq etmək barədə qərar qəbul ediblər. Hazırda davam edən işğal hərəkətlərinə görə sanksiyaların sətrləşdirilməsi dvam edir. Rusa artıq beynəlxalq təşkilatlarda da təmsilçilik səlahiyyətlərini itirir.

Moskva isə bütün bu təzyiqlərə "silah dili" ilə cavab verməyə üstünlük verir. Rusiya ordusi Ukraynada dinc sakinlərin yaşayış evlərini, xəstəxanaları, uşaq bağçalarını, eləcə də raket hücumundan müdafiə olunmaq məqsədi ilə sığındıqları dini məbədləri, teatr bilasını, zirzəmiləri bombardıman etməkdə davam edir. Xeli sayda mülki əhali - uşaqlar və qocalar həlak olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}