Ukrayna üçün yeni təhlükə


 

Rusiya-Ukrayna müharibəsinin davam etməsi yeni müharibə cinayətlərinin törədiləcəyinə dair qorxulu fikirləri dövriyyəyə salır. Həmin fikirlərə rəsmi məna yüklənməsi isə istər-istəməz Ukraynanı zəhərə qərq etmək planlarına dair kəşfiyyat məlumatlarının olduğunu göstərir.

Bəli, məhz zəhər, dırnaqsız, həqiqi mənadakı zəhər. Rusiya iddia edir ki, Qərb Ukraynada bioloji silah proqramını dəstəkləyir, bunun fonunda isə Qərbin əzəmətli ikilisi ABŞ və Britaniya Moskvanın həmin tezisinin fəlakətli perspektiv vəd etdiyinə dair proqnoz səsləndirir.

ABŞ və Britaniya hesab edir ki, Rusiya həmin təbliğat mətni ilə özünün Ukraynada kimyəvi silahlar tətbiqinə zəmin hazırlayır.

Ukraynadakı müharibənin gedişatına dair təzadlı mövqelərin olmasının rəngini kimyəvi silah tətbiqi fikirlərini daha da tündləşdirir.

Əgər Qərbin dediyi kimidirsə, o zaman Rusiya strateji nüvə qüvvələrindən sonra NATO-nu öz mövqeyindən döndürmək üçün kimyəvi silah faktoruna müraciət edir.

Xof isə istər-istəməz Ukrayna hökumətinin Qərbə qarşı tezislərini gücləndirəcək. Onsuz da odla su arasında qalan Ukrayna hakimiyyəti Rusiyanın təcavüz planı genişləndikcə, Qərbə qarşı sərt münasibət sərgiləyir.

Kimyəvi silahlardan istifadənin qadağan edilməsi və onların məhv edilməsi üzrə Konvensiya kimyəvi silahların istifadəsini tamamilə qadağan etmək və müvafiq nəzarət mexanizmini yaratmaqdır.

Rusiya kimyəvi silah ehtiyatını məhv etdirməyi başa çatdırdığını desə də, bunun dəqiqliyinə dair şübhələr mövcuddur. 


Mümkündür ki, Rusiya yalnız elan etdiyi kimyəvi silah ehtiyatlarını zərərsizləşdirib, amma elan etmədiklərini saxlayır. Vaşinqton və Londonun Ukraynaya dair yeni qorxusunun səbəbi də budur.

ABŞ isə kimyəvi silah ehtiyatını 2023-cü ilə qədər məhv edəcəyini bildirib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}