Çoxlu sayda jurnalist Rusiyanı tərk edib

 

Ukraynada hərbi əməliyyatlar başlayandan bəri ən azı 150 jurnalist Rusiyanı tərk edib.

Buna, əsasən mediaya qarşı qadağalar və Rusiya silahlı qüvvələrinin fəaliyyəti ilə bağlı saxta xəbərlərin yayılmasına görə cinayət məsuliyyətinin tətbiq olunması səbəb olub.

Bir çox media orqanında jurnalistlərin əhəmiyyətli bir hissəsi - məsələn, “Meduza”-nın Moskva redaksiyasını təxminən 20 nəfər tərk edib. “Dojd”, “Exo Moskvı” və “Novaya qazeta”nın jurnalistləri isə hamılıqla çıxıb gediblər.

Bəzi jurnalistlər, məsələn, “Dojd”un baş redaktoru Tixon Dzyadko, həmin kanalın aparıcısı Mixail Fişman, kino tənqidçisi Anton Dolin və başqaları getdiklərini açıq şəkildə elan ediblər.

Həmçinin, qərb mediasının ofisləri də təxliyə edilib: BBC, “Bloomberg” və “Azadlıq” radiosunun rus xidmətinin əməkdaşlarının çoxu artıq Rusiyanı tərk edib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}