8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi keçiriləcək.

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi keçiriləcək.
Bu barədə  Dövlət Gənc Tamaşaçılar Teatrından məlumat verilib.
Bildirilib ki, sərgi cəmiyyətdə qadının roluna diqqət çəkmək, onların yaradıcılığının dəstəklənməsi, rəssamlıq sənətinə marağı artırmaq, həmçinin Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan bu mövzuya həsr olunan əsərlərin təbliği məqsədilə keçiriləcək.
Sərgidə 30-a yaxın rəssamın əsərləri sərgilənəcək.
Sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçiriləcək.
Martın 7-də saat 18:00-da başlayacaq tədbirə giriş sərbəstdir.

Şəffaflıq.az 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}