Azərbaycanda yeni qızıl mənbəyi AŞKARLANDI

 

Ölkəmizdə qızıl, mis və gümüş hasil edən “Anglo-Asian Mining Plc” şirkəti yeni qızıl mənbəyi aşkar edib.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata əsasən, “Həsən” adlandırılan yeni qızıl damarı Gədəbəydə “Qoşa” mədəninin cənubunda kəşf edilib.

Bildirilib ki, yerüstü qazma işləri zamanı kəşf edilən yeni subşaquli mənbə üzrə işlər davam etdirilir. Sahə üzrə işlərin ilkin nəticəsi kimi yeni damarın yüksək dərəcədə qızıl olan minerallaşmış qatlarının olduğu da qeyd edilib.

Hasilatlara 2022-ci ilin ikinci yarısından başlanılması nəzərdə tutulur. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}