Şamaxı Mədəniyyət Mərkəzində “Yüksəliş” müsabiqəsi Şamaxı sakinləri ilə görüş keçirilib.

 22.02.2022-ci il tarixində Şamaxı  Mədəniyyət  Mərkəzində  “Yüksəliş” müsabiqəsi Şamaxı sakinləri ilə görüş keçirdi.
Şəffaflıq.az xəbər verir ki, görüşdə müsabiqədən keçmək istəyən namizədlərə qeydiyyat mərhələsi ilə bağlı köməklik göstərildi, müsabiqə ilə bağlı ünvanlanan suallar cavablandırıldı.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə  təsis edilmişdir.Müsabiqənin şərtlərinə görə 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər.
“Yüksəliş”in bölgələrimizə səfəri davam edir.

Ətraflı məlumat üçün https://yukselish.az/ saytına keçid edərək qeydiyyat mərhələsi və müsabiqə şərtləri ilə tanış ola bilərsiniz.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}