Müəllimlərin yerdəyişmə etməsi məhdudlaşdırılır

 

“Müəllimlərin işə qəbulu müsabiqəsindəki dəyişikliyə əsasən, onların 3 il ərzində yerdəyişmə etməsi məhdudlaşdırılır”.

Şəffaflıq.az məlumat verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov “Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər” mövzusunda keçirilən onlayn brifinqdə bildirib.

Onun sözlərinə görə, işə yeni qəbul edilən müəllimlər ya yerdəyişmə edirlər, ya da yenidən işə qəbul üçün müraciət edirlər:

“Bu, təhsil prosesinin fasiləsizliyinə təsir edir. Qərara alınıb ki, yeni işə qəbul olan müəllimin 3 il ərzində yerdəyişməsinin məhdudlaşdırılması labüddür. Müəllimlərin fasiləsiz bir yerdə işləməsi pedaqoji fəaliyyətə müsbət təsir edəcək”.

“Bu ildən etibarən ucqar kənd yerlərində 3 ildən çox müddətdə fasiləsiz işləyən müəllimlərin nəticələrində ballar 1,5 əmsalına vurularaq hesablanacaq. Eyni zamanda, həmin yerlərdə 5 ildən çox işləyən müəllimlərin topladıqları nəticələr isə 1,1 əmsalına vurularaq hesablanacaq”, - deyə o qeyd edib.

Nazirlik rəsmisi qeyd edib ki, vakansiya seçimində şəhid ailəsi üzvlərinə üstünlük veriləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}