Şamaxıda qəbirin ətrafına çəkilmiş 3000 manatlıq məhəccər oğurlanıb

 

Şamaxının Həmyəli kəndi ərazisindəki qəbristanlıqda qəbirilərdən birinin ətrafına çəkilmiş 3000 manat dəyərində məhəccər oğurlanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Ş.Şıxməmmədov və əvvəllər də oğurluğa görə məhkum olunmuş Ə.Alışov müəyyən edilərək saxlanılıb.

Ətraflarında aparılan tədbirlərlə onların həmin qəbristanlıqda daha 2 qəbirin ətrafına çəkilmiş məhəccərləri və Sabir qəsəbəsi ərazisində yerləşən şərab zavodundan 5 ədəd kondisioner oğurlamaları da müəyyən edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}