Pensiyaçılara veriləcək 200 manatın nə vaxt ödəniləcəyi açıqlanıb

 "Sığorta prinsipi ilə pensiya alanlara veriləcək 200 manatlıq maddi yardımın ilkin ödənişi fevral ayının pensiyaları ilə birgə həyata keçiriləcək".
Şəffaflıq.az  xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
O bildirib ki, həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək: "İlkin ödəniş bu həftə ərzində müəyyən olunan qrafik əsasında yeni artımlarla birgə ödəniləcək. Növbəti rübün ödənişləri isə hər rübün ilk ayında veriləcək".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}