Rusiya ilə Çin arasında qaz müqaviləsi imzalandı

 

Rusiyanın “Qazprom” şirkəti ilə Çinin CNPC şirkəti arasında ildə əlavə 10 milyard kubmetr Rusiya qazının nəqli üçün müqavilə imzalanıb.

Şəffaflıq.az xəbər verir  ki, Rusiya qazının Uzaq Şərq marşrutu ilə Çinə daşınması üçün CNPC ilə uzunmüddətli müqavilə imzalandığı açıqlanıb.

Sözügedən razılaşmanın iki ölkə arasında əməkdaşlığı gücləndirəcəyi ifadə olunan açıqlamada, "Saziş çərçivəsində daşımalar tam gücə çatdıqda Çinə əlavə olaraq 10 milyard kubmetr təbii qaz göndəriləcək. Rusiya qazının Çinə ümumi nəqli ildə 48 milyard kubmetrə çatacaq", - deyə  qeyd olunub. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}