Fevralın 5-nə olan hava proqnozu

 

Fevralın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.


Şəffaflıq.az xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütununda 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Sabah Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-11° isti, dağlarda 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}