Valideyn himayəsindən məhrum olmuş uşaqların müavinəti ilə bağlı AÇIQLAMA

 

“Ötən ilin əvvəlindən valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq müavinət təsis edilib. Yeni sosial islahat paketi çərçivəsində həmin müavinət 2022-ci ildə 25 faiz artırılıb”.

Şəffaflıq.az məlumat verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ötən ilin yekunları və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında bildirib.

“Övladlığa götürülən valideyn himayəsindən məhrum olmuş uşağa görə müavinət 160 manatdan 200 manata qaldırılıb. Sağlamlıq imkanları məhdud uşağa görə 430 manatdan 600 manata çatdırılıb”, - V.Behbudov əlavə edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}