BDU-nun dosenti vəfat etdi


 

Bakı Dövlət Universitetinin (BDU) dosenti vəfat edib.

Bu barədə BDU məlumat yayıb.

Bildirilib ki, universitetin Fizika fakültəsinin Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının dosenti Sədrəddin Ələkbər oğlu Sədrəddinov 1941-ci il sentyabrın 27-də anadan olub.

Orta təhsili 1958-ci ildə Ucar rayonunun Küçəkənd kənd orta məktəbində alıb. 1968-1974-cü illərdə BDU-nun Fizika fakültəsində ali təhsil alıb.

1965-ci ildən BDU-nun Fizika fakültəsinin Ümumi fizika kafedrasında pedaqoji fəaliyyətə başlayıb. 1984-cü ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb, “Nazik təbəqəli ftalosianin və onun metal komplekslərində yükdaşınma mexanizmlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

28 məqalə və tezisin, bir dərs vəsaitinin müəllifi olub. Müxtəlif illərdə bir çox Beynəlxalq və respublika miqyaslı elmi konfranslarda iştirak edib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}