Azərbaycanda daha 808 nəfər koronavirusa yoluxub, 11 nəfər ölüb

 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 808 yeni yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 625 726 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608 514 nəfər müalicə olunaraq sağalıb, 8 521 nəfər vəfat edib, aktiv xəstə sayı 8 691 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 340, ötən müddət ərzində isə ümumilikdə 6 006 500 test aparılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}