Aydakı “sirli ev”in sirri çözüldü

 

Çinin “Yuytu-2” Ay roveri tərəfindən Von Karman krateri yaxınlığında müəyyən edilən “sirli” obyektin kiçik daş olduğu aydınlaşıb.

Obyektin ilk görüntüləri dekabrın əvvəlində ortaya çıxıb. Fotonun prizmasından belə görünürdü ki, üfüqdə dayanan obyekt qeyri-adi formaya malikdir və buna görə də ona “sirli ev” ləqəbi verilib.

“Yuytu-2”-dən dərc edilən fotodan aydın olur ki, “sirli” obyekt kraterin kənarında adi bir daşdır.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}